Hiperaktiv uşaqlar


Diqqət əksikliyi və hiperaktivlikdən əziyyət çəkən uşaqlar (ADHD və ya СДВГ) özlərini həddindən artiq aktiv ve impulsiv aparirlar ve ya bu iki əlamətin hər ikisini özlərində əks etdirirlər. MKB-10 da bu hiperkinetik pozuntu adlanır. Adətən məktəbə qədər dövrdə ilk təzahürlərini göstərir.
Pozuntunun simptomlari çox vaxt bir-birilərini gücləndirir. Məsələn diqqətini fokuslaya bilməyən usaq eyni vaxtda bir neçə işin qulpundan yapışır. Və ya fasiləsiz hərəkətdə olan uşaq diqqətini bir məsələyə yönəldib sağlam düşüncə nümayiş etdirə bilmir. (Gaub and Carlson 1997).
Bu pozuntulu uşaqlarin təxminən yarısı təhsil və unsiyyetde problemlerle rastlasirlar ve 80% ciddi fesadlara sebeb olan zererli davranislarla ferqlenirler.
Bir cox usaqlarda mektebin yuxari siniflerində simptomlar zəifleyir. Ucden bir halda simptomlar boyuk yasda da davam edir. Ondan bir halda ise bu pozuntu antisosial shexsiyyet pozuntusuna ve ya psixoaktiv maddelerden zererli istifade pozuntusuna cevrilir.
Bugün klinisistler bioloji faktorlar da daxil olmaqla bir nece sebebin qarsigini yaranma menbeyi kimi gotururler. Eslinde bu pozuntu ailedeki munasibetlerde ve yüksek stressin tesiri altinda yaranan baş beyinin minimal pozuntusu (minimal beyin disfunksiyasi) sebebinden cereyan edir. Lakin hele de bu pozuntunun sebebini deqiq subut eden yoxdur.
Effektiv mualice usullarina geldikde de vahid movqe yoxdur. En geniş yayilmisi metilfenidat (ritalin) kimi stimulyatorlarin tetbiqidir. Bu dermanlar hiperaktiv usaqlara sakitlesdirici tesir göstererek bir sıra problemlerini, oxumaq ve öz aqressiv impulslarini nezaret altına almalarina komek edir.
Bihevioristler (davranış terapevtleri) ise uşağın mektebde ve evde diqqetini cemlemesi ve meqbul davranış sergilemesini mohkemlendirmek üçün Valideyn ve Pedaqoqlara telimler kecirler. Bu cur operant shertlendirme texnikasi derman vasiteleri ile birge tetbiq edildikde cox faydalı olur.