Dəmir defisitli anemiya (DDA)

Yunan dilindən tərcümədə “qanazlığı” mənasını verən anemiya qanın vahid həcmindən eritrositlərin və hemoqlobinin miqdarının azalması ilə xarakterizə olunur. Yaranma mexanizmindən aslı olaraq anemiyanın müxtəlif növləri var. Uşaqlar arasında, xüsusən erkən yaş dövründə və yeniyetmə dövründə dəmir defisitli anemiyaya (DDA) daha çox rast gəlinir. 

DDA orqanizmdə dəmirin daxil olmasının, mənimsənilməsinin pozulması və ya patoloji itirilməsi nəticəsində hemoqlobinin miqdarının azalması ilə xarakterizə olunan patoloji vəziyyətdir. DDA daha çox əhalinin ətlə normal qidalanma imkanı olmayan zəif inkişaf etmiş ölkələrdə rast gəlinir. Dünya əhalisinin təxminən 1/3 dəmir defisiti var. ÜST-ün məlumatına görə inkişaf etməkdə olan ölkələrdə DDA-nın yayılması 55-60%, inkişaf etmiş ölkələrdə isə 18% təşkil etməklə yanaşı, məktəbəqədər yaşda  44.4%, məktəbyaşlı 25.4% uşaqda anemiya var. 

DDA-nın səbəbləri:

  1. Dəmirin qida ilə qəbulunun az olması

  2. Orqanizmin dəmirə olan təlabatının artması ( intensiv böyümə  zamanı) 

  3. Bağırsaqlarda dəmirin sorulmasının pozulması (qurd invaziyaları, mədə-bağırsaq infeksiyaları və.s.) 

  4. Tez-tez baş verən infeksion xəstəliklər 

  5. Zəhərlənmələr

  6. Yeniyetmə dövründə pəhriz saxlmaq və qız uşaqlarında aybaşı zamanı və.s. 

Vaxtında doğulmuş yenidoğulmuşlarda hamiləliyin 3-cü trimesterində dəmirin 80%-i orqanizmdə depolanır. Yarımçıq doğulmuş uşaqlar dəmirin depolanma dövrünü ötürürlər və nəticədə orqanizmdə dəmir defisiti yaranır. 

Ana südündə orta hesabla 0.35 mq/l dəmir var. Bu, inək südündəkindən azdır, lakin ana südündəki dəmir daha yaxşı mənimsənilir (2-3 dəfə daha yaxşı sorulur). Buna görə də ilk 6 ayda vaxtında doğulmuş və ana südü ilə qidalanan uşaqlarda DDA nadir rast gəlinir. 

Amerika Pediatriya Assosasiyasının (APA) tövsiyəsinə görə: 

  1. Vaxtında doğulmuş uşaqlar 4 aydan başlayacaq və rasionuna dəmir tərkibli qidalar əlavə olunana qədər 1 mq/kq/sut dəmir preparatı qəbul etməlidir: 

  2. Yarımçıq doğulmuş  (< 37 həftədən tez) ana südü ilə qidalanan uşaqlar bir aydan başlayaraq 12 aya qədər 2 mq/kq/sut dəmir preparatı qəbul etməlidir.

Əgər uşaq suni qida ilə qidalanırsa bu zaman valideynlər qarışığın tərkibindəki dəmirin miqdarına diqqət yetirəmlidir. Belə ki, Amerika Pediatriya Assosasiyası vaxtında doğulmuş uşaqlar üçün tərkibində dəmirin miqdarı 7-12 mq/l olan, vaxtından əvvəl doğulan uşaqlar üçün isə tərkibində dəmirin miqdarı 15mq/l olan süni qarışıqlar tövsiyə edir. Uşaq qida ilə sutkada 15 mq dəmir almalıdır.

 

Klinika

  1. Dəri və selikli qişaların avazıması

  2. Yorğunluq, əsəbilik, süstlük, saç tökülməsi

  3. İştahanın pozulması, dad hissiyatının təhrif olunması (bəzən analar şikayət edir ki, uşaq torpaq, əhəng yeyir)

  4. Ağız bucaqlarında çatlar, dilin hamarlaşması

  5. Diqqətin pozulması (körpə yaşda dəmir defisiti uşağın sinir sisteminin inkişafına neqativ təsir göstərir, fiziki və əqli inkişaf geriliyir, nitqin ləngiməsi baş verir və.s.)

 

Hemoqlobinin səviyyəsindən aslı olaraq uşaq və qadınlarda anemiyanın ağırlıq dərəcəsinin təsnifatı (ÜST/UNİCEF, 1997)

 

Anemiyanın dərəcəsi

5 yaşından kiçik uşaqlar və hamilə qadınlar

5 yaşından böyük uşaqlar və hamilə olmayan qadınlar

Yüngül dərəcəli anemiya

90-110q/l

90-120q/l

Orta dərəcəli anemiya

70-90 q/l

70-90 q/l

Ağır dərəcəli anemiya

<70 q/l

<70 q/l

DDA-nın diaqnostikasının laborator meyarları

Qan zərdabında ferritin səviyyəsinin təyin edilməsi dəmir defisitinin müəyyən olunması üçün ən dəqiq meyar hesab olunur, lakin Azərbaycanda bu üsuldan geniş istifadə edilmədiyindən aşağıda göstərilən analizlərin aparılması tovsiyə olunur.

Qanın ümumi analizi:

  • Hemoqlobinin səviyyəsi

  • Eritrositlərin sayı

  • Eritrositlərin morfoloji dəyişiklikləri – mikrositoz, hipoxromiya, anizoxromiya, poykilositoz

  • Rəng göstəricisi (normada 0.85-1.05)

  • Eritrositdə hemoqlobinin orta miqdarı (normada 27-35 pq)

  • Eritrositlərin orta həcmi normada ( 85-90 fl)

  • Retikulositlərin mqidarı ( normada 0.2-1.0 ) –  norma 

Qan zərdabının biokimyəvi analizi:

  • Qan zərdabında dəmirin miqdarı (normada 12.5-30.4 mkmol / l)

  • Qan zərdabının ümumi dəmirbağlama qabiliyyəti (normada 46.7-76.7 mkmol/ l)

  • Qan zərdabının latent dəmirbağlama qabiliyyəti (normada 24.7-53.2 mmol/l)

  • Transferrinin dolma əmsalı (normada 16-54 % )

  • Qan zərdabında ferritinin miqdarı (normada 15-150 mkq/ l) ↓  

  • Həll olunan transferinin reseptorları (normada 8.8-28.1 nmol/ l)

 

DDA-nın müalicəsi və profilaktikası 

DDA-nın müalicəsi dəmir defisitinin aradan qalıdırılması və orqanizmdə dəmir ehtiyatlarının yaradılmasından ibarətdir. Bunun üçün DDA-nı yaradan səbəblər aradan götürülməli və orqanizmə dəmir  daxil edilməlidir. 


 

DDA-nın müalicə prinsipləri:

  • Yadda saxlamaq lazımdır ki, pəhrizlə DDA-nı müalicə etmək olmaz.

  • Dəmir defisitini aradan qaldırmaq üçün hökmən dəmir preparatı qəbul edilməlidir. 

  • Hemoqlobinin səviyyəsi normallaşan kimi dərmanın qəbulu dayandırılmamalıdır.

  • Hemotransfuziyadan ancaq həyati göstəriş olduğu halda istifadə edilməlidir. 

  • Müalicənin effektivliyi klink-laborator əlamətlərə, o cümlədən retikulositar krizə əsasən qiymətləndirilməlidir. 

  • Askorbin turşusu dəmirin absorbsiyasını gücləndirir .

  • Daxilə qəbul olunan dəmir preparatlarının ac qarına və turş meyvə şirəsi ilə qəbulu dəmirin absorbsiyasını artırır.

  • Dəmir preparatının qəbulu 4-6 ay və ya ferritinin qanda səviyyəsi 50 µg/L qalxana qədər davam etdirilməlidir.

 

Mənbələr

 

  1. Iron Deficiency Anemia, Shersten Killip, M.D., M.P.H., John

  2. Bennett M.D., M.P.H., Mara D. Chambers M.D., University of

  3. Kentucky, Lexington, American Family Physician Journal, March, 2007

  4. Guidelines for the management of iron deficiency anemia. May 2005. British Society of Gastroenterology

  5. Клиническое руководство по скринингу, профилактике и лечению железодефицитной анемии. Центр Доказательной Медицины Ташкентского Института Усовершенствования Врачей. 2004

  6. «Протокол ведения больных. Железодефицитная анемия. Под руководством Р.А. Хальфина и П.А.Воробьева. 2005. Издательство Ньюдиамед

  7. Reveiz L., Gyte G., Cuerva G. Treatments for iron deficiency anemia in pregnancy (Review). The Cochrane Library, 2008, Issue 3.

  8. Prevention and control of iron deficiency anemia in women and children. Report of the UNICEF/WHO Regional Consultation 3- February 1999 Geneva, Switzerland.

  9. Iron deficiency anemia: assessment, prevention, and control. A guide for program managers, WHO/NHD/01.3

  10. Merialdi M. et al. Nutritional intervention during pregnancy for the prevention or treatment of impaired fetal growth: an overyiew of randomized controlled trials. J.Nutr.2003; 133; 1626-1631.

  11. Stolzfus R. et al. Guidelines for the use of iron supplementation to prevent and treat iron deficiency anemia. INACG/WHO/UNISEF (1998).

  12. Centers for disease control and prevention. Recommendations to prevent and control iron deficiency in the United states. MMWR 1998; 47 (No.RR-3):1-29.

  13. Cuero LG, Mahomed K. Treatment for iron deficiency anemia in pregnancy (Cochrane Review). In The Cochrane Library, Issue 2, 2003. Oxford: Update Software. 

  14. Goddarb A.F. et al. Guidelines for the management of iron deficiency anemia. Gut 2000; 46 (supl. IV): iv1-iv5.

  15. Mahomed K. Iron and folate supplementation in pregnancy (Cochrane Review). In: The Cochrane Library, Issue 2 2003 Oxford: Update Software

  16. Prevention of iron deficiency in infants – 922 Guidelines an statements. CHAPTER 6 PAEDIATRICS/GUIDELINE.

  17. Prevention of iron deficiency in infants- 922, 2002. available in: www.umanitoba.ca.

  18. U.S. Preventive Services Task Force. Screening for iron deficiency anemia—including iron supplementation for children and pregnant women. Rockville, Md.: Agency for Healthcare

  19. Research and Quality, May 2006. Accessed July 24, 2006, at: http://www.ahrq.gov/clinic/uspstf06/ironsc/ironrs.htm.

  20. Cogswell ME, Parvanta I, Ickes L, Yip R, Brittenham GM. Iron supplementation during pregnancy, anemia, and birth weight: a randomized controlled trial. Am J Clin Nutr 2003;78:773-81.

  21. Cook JD. Diagnosis and management of iron-deficiency anaemia. Best Pract Res Clin Haematol 2005;18:319-32.

  22. PubMed.ncbi.nlm.nih.gov (lancet 2016)

  23. http://www.healthychildren.orq