Hamiləlik dövründə müayinələr

Ginekoloqa nə vaxt getməlisiniz bilmək istəyisiniz? Qadın məsləhətxanasına  nə vaxt müraciət etmək lazımdır?

5-12 həftə-Hamiləliyin 12-ci həftəsinə qədər  ən azı bir dəfə həkimə getməlisiniz. Siz kart açıb, US müayinəyə və analizlərə yazılacaqsınız. Ola bilsin ki, həkimin qəbuluna düşməkdən əvvəl siz, qadın məsləhətxanasına uçota durmalı olacaqsınız. Həkimə birinci gəlişiniz zamanı keçirdiyiniz və xroniki xəstəlikləriniz, əvvəlki həmiləliklər  və doğuşlar  haqqında məlumat verməlisiniz.  Siz hamiləlik dövründə gidalanma və həyat tərzi haqqında tövsiyyələr alacaqsınız. Həkim sizə qarşıdakı US müayinəsi və analizlər haqqında məlumat verəcək. Bundan əlavə, mama- ginekoloq sizə digər mütəxəssislərdə  məsləhətləşməyi tövsiyyə edəcək; məs. terapevt, stomatoloq və oftalmoloq. Sizi maraqlandıran bütün sualları vermək və narahat edən məsələləri müzakitə etmək imkanınız olacaq.

Sizə iki US müayinəsindən keçmək təklif olunacaq: hamiləliyin 5-6 həftəsində – hamiləliyin uşaqlıq xaricində olmamasındəm əmin olmaq üçün və 11-12 həftədə – inkişaf qüsurlarının (Daun sindromu, Edvars sindromu, sinir kanalının defekti ) prenatal skrninqinin edilməsi üçün. Prenatal skrininqin edilməsi üçün Us müayinəsindən əvvəl iki dəfə qan verilməlidir: hamiləliyin 11-13 həftəsində və 16-18 həftəsində. Birinci analiz qan qrupunun, rezus-faktorun, hemoqlobinin səviyyəsinin müəyyən edilməsi üçün tələb olunur. Həmçinin qanın biokimyəvi analizi, koaquloqramma (qanın laxtalanması),  TORCH- infeksiyalara (toksoplazmoz, məxmərək, sitomeqalovirus, herpes virusu) verilməlidir. Bundan əlavə, sizə uşağın inkişafına mənfi təsir göstərə bilən infeksiyalara qan vermək təklif olunacaq. Hamiləlik dövründə siz  Hepatit B, Hepatit C, İİV və sifilisə (hospital kompleks)üç dəfə (iki dəfə də kifayətdir) analiz verməyə göndəriləcəksiz.

Siz sidik analizini  verməyə göndəriləcəksiniz. Bu analizin nəticələri zülal, qlukoza, leykositlər, eretrositlər, bakteriayaların olub olmamasını aşkar edəcək. Sidikdə zülalın mövcudluğu hamiləliyin ağırlaşmasının göstəricisi ola bilər, sonralar isə preeklampsiya simptomu ola bilər. Həkim sizin təzyiqinizi ölçəcək, çəkiniz ölçməyinizi istəyib, boyunuzu ölçəcək. Çəkinizin boyunuza uyğun olmasını müəyyən etmək üçün, bizim saytda siz BKİ (bədən kütləsinin indeksi) kalkulyatorundan istifadə edə bilərsiniz. Həkim uşaqlıq yolunun müayinəsini aparıb, cinsi yolla yoluxan  infeksiyalara (CYYİ – xlamidiya, ureaplazma, mikoplazma, qardnerolla) yaxma götürəcək. Uşaqlıq boynunun mikroskopik və sitoloji muayinəsini edəcək. Qəbulun sonunda həkim sizə növbəti gəlişinizin vaxtınl deyəcək. Hamiləliyin 30-cu həftəsinə qədər siz öz həkiminizlə ayda bir dəfə görüşəcəksiniz (tələb olunanda daha çox). 30-cu həftədən sonra doğuşa qədər ayda iki dəfə. Hər gəlişiniz zamanı siz qanın və sidiyin ümumi analizini verməlisiniz.

11-14 həftə

Əgər siz Us müayinəsinə yazılmısınızsa, nəzərə almalısınız ki, müayinənin aparılması müddəti 11-14 həftədir. Bu müayinə zamanı həkim sizin sinir kanalınızın  vəziyyətini qiymətləndirir və körpədə Daun sindromunun simptomlarının olub olmamasını müəyyən edəcək. Daha dəqiq nəticə əldə etmək məqsədi ilə, siz əlavə qan analizini, mümkün olan genetik patalogiyanın aşkar olunması üçün verə bilərsiniz. Sizə iki US müayinəsindən keçmək təklif olunacaq: hamiləliyin 5-6 həftəsində – hamiləliyin uşaqlıq xaricində olmamasından əmin olmaq üçün və 11-12 həftədə – inkişaf  qüsurlarının (Daun sindromu, Edvars sindromu, sinir kanalının defekti ) prenatal skrininqinin edilməsi üçün. Prenatal skrininqin edilməsi üçün US  müayinəsindən əvvəl iki dəfə qan verilməlidir.: hamiləliyin 11-13 həftəsində və 16-18 həftəsində. Əgər siz US müayinəsindən keçmək və qan analizini vermək istəyirsinizsə, siz hamiləliyin 11-14 həftəsində və 15-16 həftəsində qan verməlisiniz.

 14-20 həftə-gər siz Daun sindromunun aşkar olunması üçün üç qat testdən keçirsinizsə,  bir dəfə qan analizini hamiləliyin 14-20 həftələri arasında verəcəksiniz (yaxşı olardı ki,bu 15-16 həftələr arasında olsun). Əgər siz kompleks müayinədən keçirsiniz, bu müddətdə  qanın təkrar analizini verəcəksiniz.

16 həftə-Həkimə bu gəlişiniz zamanı o, sizə qan və sidik analizlərinizin nəticələri haqqında məlumat verəcək. Hemoglobinin aşağı olduğu təqdirdə, həkim sizə dəmir preparatlarının qəbulunu tövsiyyə edə bilər. Lakin hemoqlobin səviyyəsinin aşağı enməsi dövr edən qan həcminin artması səbəbindən əsasən 25-ci həftədən sonra baş verir.   Həkim  təzyiqinizi ölçüb, sizi bir daha sidik analizinə göndərəcək. Sidik analizi preeklampsiyanın simptomu ola bilən zülalın aşkar olunması üçün verilir. Həkimə digər gəlişlərinizdə olduğu kimi, sizi narahat edən sualları verə bilərsiniz. Doğuşun necə və harada keçməsi haqqında artıq düşünmüsünüzmü? Bütün suallarınızı hakiminizə verin. Bundan əlavə sizin qadın məsləhətxananızda hamilələr üçün kursların olub-olmamasını öyrənin.

18-20 həftə-Dölün anatomik US müayinəsinə hazırlaşırsınız? Bu US müayinəsi körpənin müxtəlif orqanları və sistemlərinin inkişafını qiymətləndirmək üçün nəzərdə tutulub. Bu müayinə mümkün olan problemləri aşkar etmək imkanını yaradacaq. Əgər cift uşaqlıq boynuna girişi bağlayırsa, sizə onun yerləşməsini dəyişməyini öyrənmək üçün təkrar US müayinəsi 36-cı həftədə təyin olunacaq. Hamiləlik zamanı otra hesabla 5 US müayinəsi aparılır:

I -  5-6 həftə (hamiləliyin yerləşməsini müəyyən etmək üçün, uşaqlıq xaricində hamiləliyi istisna etmək üçün);

II  11-12 həftə (Daun sindromu və sinir kanalına skrininq);

III -  22 həftə (dölün son formalaşması, daxili orqanlar və ciftin vəziyyəti);

IV – 32 həftə (ciftin funksiyasının qiymərləndirilməsi  - dopplerometrik müayinə );

V – 36-38 həftə (dölün ölçüləri,  yerləşməsi, qan dövranı ).

25 həftə (birinci hamiləlikdə)-Həmişə olduğu kimi, həkim təzyiqinizi ölçüb. sizi sidik analizinə göndərəcək. Mama-ginekoloq qasıq sümüyü və uşaqlıq dibi arasındakı məsafəni ölçəcək ki, körpənizin necə böyüməsi və inkişafı etməyini yoxlasın.

28 həftə-Həkim hemoqlobinin səviyyəsini ölçmək məqsədi ilə sizi qan analizinə göndərəcək. Hemoqlobinin aşağı olduğu təqdirdə, həkim sizə dəmir preparatlarını qəbul etmək təklif edə bilər. Təzyiqinizi ölçüb, sizi sidik analizinə göndərəcəklər.  İndi hər gəlişinizdə həkim qasıq sümüyü və uşaqlıq dibi arasındaki məsafəni ölçacək ki, körpənin normal inkişafından əmin olsun. Hamiləliyin 30-cu həftəsində sizin doğuşdan əvvəlki məzuniyyətiniz başlayacaq. Ola bilsin həkim artıq sizə tələb olunan sənədləri verə bilsin. Rezus-faktorunuz mənfi olduğu təqdirdə, sizə antirezusimmunoqlobulin iynəsini vurmaq təklif olunacaq, ki qanda mümkün olan əks-cismlər məhv olunsun.

 

30 həftə-Sizə müəyinə vəriqəsi və dekret xəstəlik vərəqəsini verəcəklər (birdöllü hamiləlik halında – 140 günlük). Qanın və sidiyin  ümumi analizi, qanın biokimyəvi analizi, koaquloqramma, (hospital kompleks) daxil olmaqla, sizı bir neçə analizə göndərəcəklər. Təkrar yaxmalar götürüləcək. Həmişə olduğu kimi həkim təzyiqinizi ölçüb, sidik analizinə göndəriş verib, böyüyən qarınızı ölçəcək.

34 həftə-Bu gəlişiniz zamanı, sizə sidik analizinə göndəriş verəcəklər, qarınızı ölçəcəklər ki, körpənizin inkişafı yoxlanılsın. Bundan başqa, əvvəlki analizləriniz və müayinələrinizin  nəticələrini müzakirə etməyi yaddan çıxardmayın.  Rezus-faktorunuz mənfi olduğu təqdirdə, sizə antoqlobulin D iynəsi təklif olunacaq. Əgər körpənizi harada və necə dünyaya gətirməyiniz haqqlnda qərarı artıq vermisiniz, öz  planlarınızı həkiminizlə müzakirə edin.

36 həftə-Əgər dölün anatomik US müayinəsi ciftin aşağıda yerləşməsini aşkar etsə, sizə onun indiki yerləşməsini müəyyən etmək üçün təkrar US müayinəsi təyin olunacaq. Həmçinin bu dövrdə KTQ- kardiotokoqrafik müayinə aparılır. Dölün urək fəaliyyəti, uşaqlığın yığılma aktivliyi qiymətləndirilir.

38 həftə-Həkim təzyiqinizi, qarınınızı ölçüb, sidik analizinə göndərəcək. KQT müayinəsini aparacaq.

 40 həftə-Həkim təzyiqinizi, qarınınızı ölçüb, sidik analizinə göndərəcək. 40-cı həftədən sonra siz həkiminizlə həftədə 2-3 dəfə görüşməli olacaqsınız. Hər gəlişiniz zamanı  siz KTQ müayinəsi və ya ciftin doppleroqrafik müayinəsindən keçəcəksiniz.

41 həftə-Körpəniz 41 həftəyə qədər dünyaya gəlmədiyi təqdirdə, həkim sizə xəstəxanaya yerləşməyinizi təklif edəcək ki, doğuşun  əvvəli stasionarda, dölün gündəlik müşahidə etməklə və doğuş başlamasını stimullaşdırmaqla gözlənilsin.  Həkimə digər gəlişləriniz zaman olduğu kimi, yenə də təzyiqiniz və qarınınız ölçüləcək.