Məktəbli (5-8 yaş)

Övladınız artıq məktəbə gedir. Bu dövr isə özü ilə bir sıra suallar və narahatlıqlar gətirib. Bu istiqamətdə daha çox məlumat əldə etmək və övladınızın inkişafında müsbət addımlar atmaq üçün “Məktəbli” bölməmizi izləyin.

Sağlamlıq

Qidalanma

İnkişafın stimullaşdırılması

Psixologiya və Qayğı

Təhlükəsizlik

Oyun və fəaliyyətlər

Məqalələr

Usaqlar bizdən öyrənir

Uşaqların erkən yaşlarda valideynlərindən öyrəndikləri və onların şəxsiyyətini formalaşdıran “beşlik” var:

  1. Təmizlik

Kiçik yaşlı uşaqların öyrənəcəkləri ilk dərslərdən biri səliqəli və təmiz olmalarıdır. Bu davranış instiktiv olaraq yaşamaq və sağlamlıq ilə əlaqəli vacib bir amildir. Təmiz mühit bizə sağlamlıq və ruhi rahatlıq verir.  Təmiz və səliqəli evdə yaşayan uşaqlar öz əşyalarına qulluq edirlər. Bu vərdiş yarandıqdan sonra bunu onlara həmişə xatırlatmaq lazım olmur.

  1. Zorakı münasibət 

Tədqiqatlar göstərir ki, aqressiv insanların çoxu uşaqlıqda fiziki və ya psixoloji zorakılığa məruz qalıblar. Bu, onların həyatında neqativ iz buraxıb. Unutmayın ki, zorakılıq müxtəlif formada ola bilər: evdə qışqırıq, təhqir, nifrət dolu sözlər eşidən uşaqda da kobudluq yaranır.

  1. Müsbət və ya mənfi fikirli olmaq

Mütəxəssislərin təhlilinə əsasən 4-7 yaşlılar arasında bədbəxt olduqlarını deyən və depressiyadan əziyyət çəkən uşaqlar, gördükləri, eşitdikləri ifadə və davranışları təkrarlayan uşaqlardır. Uşaqlarda yaxşı psixi sağlamlıq üçün səsələndirdiyimiz fikirlərin və münasibətimizin müsbət çalarlı olması vacibdir. “Biz bədbəxtik”, “vaxtımızı pis keçiririk” və s. kimi ifadələr eşidən uşaq böyüdükdə özünə inamsız, depressiv şəxs kimi yetişir.

  1. İşə və təhsilə sevgi

Həyatda uğur qazanmağın sirri təhsilə və işə olan sevgidir. Uşaqlar valideynlərinin evdə boşuna gəzdiyini gördükdə, başqasını aldadaraq asan yolla pul qazanmaqdan əyləncəli şəkildə danışan valideyni eşitdikdə, onlara yetkin yaşda məsuliyyəti öz üzərlərinə götürmək çətin olacaq. Uşaqlar valideynlərin kitab oxuduqlarını seyr etsələr, onları təqlid etmək ehtiyacı hiss edəcək, oxumaq üçün kitab almalarını xahiş edəcəklər. Lakin televizorun bütün günü açıq olduğu evlərdə uşaqlar öyrənmədə passiv olmağa meyilli olurlar.

  1. Qorxu

Çox vaxt uşaqlarımıza qarşı əsəbilik və onaları həddindən artıq qorumaq bizim onlara müəyyən dərəcədə etibarsızlıq və qorxu aşılamağımıza səbəb olur. Əgər biz böyüklər həmişə onları təhlükələrdən və mümkün problemlərdən xəbərdar etsək, övladlarımız həyatda istənilən vəziyyətlə qarşılaşdıqda şübhəsiz ki, qorxu hiss edəcəklər. Qorxunun bir növü də gecə qaranlıq qorxularıdır. Uşağı qorxutmaq üçün deyilən fikirlər onun həyatında iz buraxır.

Övladlarımızın fiziki və psixi sağlam böyüməsi xeyli dərəcədə bizim onlara göstərdiyimizin münasibətdən asılıdır. Odur ki, daim uşaqlarla olan münasibətimizə fikir verməliyik.


 

Uşağı necə tərifləyək?

Uşağınızı müəyyən davranışına görə tərifləyin. Çalışın hansı müsbət cəhətinə görə təriflədiyinizi anlasın. Məsələn, əgər övladınız rəsm çəkibsə, “Sənin günəşin çox gözəl alınıb!” “O pişik isə lap canlı görünür!” kimi konkret nüansları vurğulayaraq tərifləyin. “Sən yaxşı oğlansan (qızsan)!”, “Əsl rəssamsan!” kimi ifadələrdən çəkinin. Unutmayın ki, şəxsiyyəti deyil, davranışı tərifləmək lazımdır. 

Təriflə yanaşı övladınıza təbəssüm edin, onu qucaqlayın. Uşaq sizin səmimi sevindiyinizi hiss etməlidir. Bu, “tərifliyim, canım qurtarsın” durumuna çevrilməməlidir. Bununla yanaşı, övladlarınızı gün ərzində bir neçə dəfə qucaqlamaq və alnını, yanaqlarını öpmək tövsiyə edilir.

Övladınızın müsbət və ya mənfi davranışlarına işarə edərək başqa uşaqların davranışların ilə müqayisə etməyin. Onda digərlərindən üstünlük hissini aşılamayın. Hər xırdalığa görə tərifləməyə ehtiyac yoxdur, əks təqdirdə tərif mənası itirəcək və uşaq bütün hərəkətlərinə görə hər zaman sizdən rəğbətləndirmə gözləyəcək. 

Tərifləyərkən uşağın nəyi asanlıqla, nəyi isə çətinliklə yerinə yetirdiyini qeyd edin. İrsi bacarıqlarına diqqətini cəmləşdirməyin (atanda vaxtilə əlaçı olub və ya anan  uşaqlıqda gözəl şeirlər ifa edirdi və bu bacarıq sənə onlardan qalıb s.). Daha çox uşağın öz səylərinə əsasən uğur qazandığı təəssüratını yaradın. 

“Böyüyəndə istedadlı rəssam olacaqsan.” kimi inam aşılamayın. Uşaq sizin gözləntinizi reallaşdıra bilməsə, məyus olacaq. Bununla yanaşı, “Boş yerə əziyyət çəkmə, onsuz da səndə alınmayacaq.” kimi fikirlər də qətiyyən səsləndirməyin. Bu cür fikirlər, uşaqların özünəinamını zəiflədir. Öncə təriflədiyiniz uğuru sonra dəyərsizləşdirməyin. Məsələ, “O rəsm dərsindən aldığın 5 heç də vacib deyildi.” kimi fikirlər səsləndirməyin.

 

İnformasiya texnologiyalarından istifadənin faydaları və qaydaları

Bu gün informasiya texnologiyaları təhsil və təlim sahəsində valideynlərin, müəllimlərin və mütəxəssislərin imkanlarını xeyli genişləndirir. Müasir kompüterdən istifadə imkanları uşağın qabiliyyətinin inkişafını tam və uğurla həyata keçirməyə imkan verir, buna görə informasiya texnologiyaları məktəbəqədər və məktəb təhsil sisteminə daxil edilmişdir. 

Kompüter oyun vasitəsilə bir uşağın həyatına daxil ola  bilər. Oyun praktiki düşüncə formalarından biridir. Oyunda, uşaq öz biliyi, təcrübəsi, təəssüratları ilə fəaliyyət göstərir, hərəkət rejimlərini sosial formada nümayiş etdirir, oyunun semantik sahəsində məna əldə edən əlamətlər formalaşır. Uşaq, semantik oyun sahəsindəki oyun mənası olan neytral (müəyyən bir səviyyəyə qədər) bir əşyaya sahib olmaq qabiliyyətini aşkar edir.

Kompüter vasitələri ilə zənginləşdirilmiş oyun fəaliyyəti zamanı uşaqların yaradıcılıq qabiliyyətlərinin artmasına səbəb olan hərəkətin nəticəsini, düşüncə tərzinin keyfiyyətini proqnozlaşdırma bacarığı yaranır.

Məktəbəqədər  yaşlı uşaqlara tədrisin ənənəvi formaları ilə müqayisədə kompüter bir sıra üstünlüklərə malikdir:

  • Kompüter ekranında məlumatların oynaq bir şəkildə təqdim edilməsi uşaqlarda böyük maraq oyadır;

  • Uşaqlar üçün başa düşülən məcazi bir məlumat növü daşıyır;

  • Hərəkət, səs, animasiya uzun müddət uşağın diqqətini cəlb edir;

  • Problemli tapşırıqlar, uşağın kompüter tərəfindən düzgün həll edilməsi ilə təltif edilməsi, uşaqların idrakı fəaliyyətinə təkan verir;

  • Təlimin fərdiləşdirilməsinə imkan yaradır;

  • Uşağın özü tapşırıqlarının sayını tənzimləyir;

  • Kompüterdəki fəaliyyəti zamanı uşaq çox şey edə biləcəyinə inam qazanır;

  • Gündəlik həyatda görünməyən (raket uçuşu, daşqınlar, gözlənilməz və qeyri-adi təsirlər) belə həyat vəziyyətlərini modelləşdirməyə imkan verir.

Uşaqların kompüterdən istifadəsi haqqında danışarkən, sağlamlığın və görmə qabiliyyətinin qorunması haqqında sual yaranır. Uşaqların bu fəaliyyətlərinə vaxt məhdudiyyəti qoymaq məqbuldur, lakin bu yaşdakı uşaqlarda məcburi diqqət çox azdır (10-15 dəqiqə), buna görə də, bir qayda olaraq, uşaqlar kompüter qarşısında uzun müddət ola bilməzlər. Bu yaşda normal inkişaf edən uşaq vaxtının 70-80%-ni ayıq qalır, buna görə kompüterdə "oturmaq" məsələsi aktual deyil.

Beləliklə, informasiya texnologiyalarının istifadəsi kiçik bir uşağın öyrənmə və inkişafı prosesini olduqca sadə və effektiv, adi əl işlərindən azad edəcək və erkən təhsil üçün yeni imkanlar açacaqdır. Lakin valideynlər bu vasitələrdən düzgün istifadə qaydasını tənzimləməli və gün ərzində vaxt bölgüsünü dəqiq qurmalıdır. Məsələn, vaxtı 20 dəqiqə olmaqla gün ərzində 3-4 dəfəyə bölə bilər. Lakin bu zaman uşağın telefon, planşet və ya kompyuterdə fəaliyyətləri tənzimlənməlidir. Oyunlar elə seçilməlidir ki, faydlı olsun. 

 

Rəqsin uşaq inkişafında rolu

Dərnəklərin əksəriyyəti 4 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulduğu halda, rəqs  2-3 yaşdan etibarən uşaqlar üçün uyğun olan bir fəaliyyət növü olduğundan, artıq bu yaşda uşağı rəqs dərnəyinə yazdırmaq olar.  Musiqi sədaları altında rəqs edən uşaqlar nəinki əylənirlər, həm də ahəngdar və hərtərəfli inkişaf edirlər. Məktəb yaşlı uşaqlar üçün də rəqs etmək və rəqs dərnəklərinə yazılmaq faydalıdır. Məktəbdə dərslər, ev tapşırıqları, kompüter arxasında oturmaq; həyatın bu cür ləng ritmində uşağın mütəmadi fiziki fəaliyyətə ehtiyacı var. Rəqs hərəkətlərinin düzgün yerinə yetirilməsi fiziki səy tələb edir, lakin idmandan fərqli olaraq, rəqs praktik olaraq travmatik deyil və heç bir əks göstərişi yoxdur.

Uşaqların rəqs dərnəklərinə yazılması onlara nə qazandırır?

Rəqslə məşğul olmaq uşağın fiziki, emosional, intellektual, sosial və estetik inkişafına müsbət təsir edir.

Fiziki inkişaf

Mütəmadi olaraq rəqs edən uşaqlar düzgün seçilmiş fiziki fəaliyyət və aktivlik nəticəsində daha sağlam olurlar: 

  • Bütün əzələ qrupları güclənir;

  • Düzgün qamət formalaşır;

  • Dözümlülük artır;

  • Ürək və qan damarlarının, ağciyərlərin işi yaxşılaşır;

  • Hərəkətlərin koordinasiyası inkişaf edirı

  • Çeviklik və plastika, reaksiya sürəti inkişaf edir.

Emosional və sosial inkişaf

  • Rəqs pozitiv emosiyalar bəxş edir;

  • Uşaqlarda ünsiyyət bacarıqları inkişaf edir. Rəqsdə hökm sürən atmosfer emosional ünsiyyət bağlamağa şərait yaradır. Hətta utancaq və ünsiyyətcil olmayan uşaqlar da yeni dostlar qazanır, komandaya qoşulurlar;

  • Körpəlikdən uşaqda özünüidarəetmə bacarığı, bir komandada işləmək və həmyaşıdları ilə əməkdaşlıq etmək, müəllimə qulaq asmaq qabiliyyətlərini inkişaf etdirir. Məktəbə gedərkən uşaq onun üçün yeni olan şərtlərə psixoloji cəhətdən hazır olur;  

  • Başqa insanlar qarşısında çıxış etmək uşaqda özünəinam, özünənəzarət  hissini formalaşdırır. 

İntellektual inkişaf

  • Hərəkətləri və onların kombinasiyalarını öyrənmək uşaqların yaddaşını möhkəmləndirir; 

  • Eyni zamanda həm musiqini dinləmək, həm də müəllim və yoldaşları izləmək ehtiyacı diqqəti inkişaf etdirir;

  • Rəqs dərsləri məkan düşüncəsini formalaşdırır, körpə "yuxarı", "alt", "sağ", "sol", "yan", "ortada", "yuxarıda", "altında", "öndə", "arxada" anlayışlarını dərk etməyi daha sürətli öyrənir;

  • Obrazı yaratmaq üçün uşaq təxəyyüldən fəal şəkildə istifadə edir.

 Bədii və estetik inkişaf 

  • Rəqs uşaqlarda sənət sevgisi yaradır, gözəllik hissi aşılayır, həm də onlar üçün dünyanı musiqi və hərəkət vasitəsilə dərk etməyin yeni bir yolunu açır. Rəqs dərsləri, şübhəsiz ki, uşaqların bədii və estetik inkişafına öz töhfəsini verir.

  • Uşaqlarda musiqi və ritm duyumu formalaşır.



 

Uşaq inkişafı və mətbəx 

Bildiyimiz kimi uşaqlar iməkləməyi bacaran kimi evi kəşf etməyə başlayırlar. Evdə böyüklərin çox vaxt keçirdiyi ən rəngarəng yer mətbəxdir. Eyni zamanda təhlükə baxımından uşaqlar üçün ən arzuolunmaz yer də mətbəxdir. Buna görə də valideynlər uşağı mümkün qədər mətbəxdən uzaq tutmağa çalışırlar. Uşaqlar üçün isə qadağan olunan yerlər və əşyalar daha cəlbedici gəlir. 

Uşaq mətbəxdə keçirdiyi vaxt dil, qavrama, motor inkişafı, əl bacarıqları, sosial bacarıqlar, özünəinam, əməkdaşlıq və komanda işi, məsuliyyət hissi, səbir, diqqət, təxəyyül baxımından faydalıdır. Öyrənmə, ömürboyu davam edən  bir prosesdir. Dərin bilik və bacarıq isə icra etməklə və təcrübədən keçirməklə əldə edilir. 

Ən asan öyrənilən və yadda qalan məlumatlar birbaşa beş duyğu orqanı ilə əldə edilən məlumatlardır. Bir uşağın xarakteri, biliyi və bacarığı proseslərdə fiziki və zehni iştirakı ilə formalaşır. 

Uşaqların mətbəxdə inkişafı üçün nə edə bilərik? 

Yemək bişirərkən uşaqların nitq və təfəkkürünün inkişafına böyük töhfə vermək mümkündür. Uşaq mətbəxdə bir çox yeni anlayışlarla qarşılaşır: tərəvəzlər, meyvələr, yeməklər, mətbəx alətləri, kəsmək, doğramaq, qaynamaq, qarışdırmaq, say, rəng, forma, toxunma, dad və s. Bir sözlə, mətbəxdəki hər yeni obyekt yeni bir söz deməkdir. Xörəyin hazırlanma mərhələləri, tərəvəz və meyvələrin necə yetişdirildiyi, süd ilə inək arasındakı əlaqə, süddən qatıq və pendir hazırlamaq kimi məlumatlar uyğun və düzgün cümlələrlə izah edildikdə, uşaq həyat haqqında çox məlumat, söz və anlayış əldə edəcəkdir. Ancaq bunun üçün mətbəxdə gördüyümüz hər işi qısa və aydın cümlələrlə ifadə etmək, hər fürsətdə təkrarlamaq, uşağını yaşından və xüsusiyyətlərindən asılı olaraq mümkün qədər çox cəlb etmək təmin etmək lazımdır.

Digər tərəfdən, bu işi imtahana çevirmək, uşağı suallarla boğmaq, ondan öyrəndiyi yeni kəlamı təkrar etməsini istəmək kimi davranışlardan çəkinməliyik. Uşağın öyrənməsi üçün təkrar və təcrübə kifayətdir. Uşaq müvafiq səviyyəyə çatdıqda öyrəndiklərini istifadə etməyə başlayacaq və saxladığı məlumatlar ortaya çıxacaq.

Çaydan çıxan buxarı, yoğrulmuş xəmirin yumşaqlığını, tərkib hissələrinin qoxusunu hiss etmək, bişən yeməyin səsini eşitmək, təlimatları izləmək, əmələ gələn məhsulu dadmaq və bunların hamısını müşahidə etmək. Beləliklə, beş hissin hər biri mətbəxdə öz payını alır.

Digər tərəfdən, mətbəx də uşağın uğursuzluğa qarşı tolerantlığını inkişaf etdirmək üçün yaxşı bir yerdir. Hər yemək yaxşı olmayacaq. Bəzən pis nəticələr, uğursuz cəhdlər ola bilər. Həm də nəticə nə olursa olsun, uşağın köməyini və məsuliyyətini qiymətləndirməyin vacibliyini unutmayaq. Həmişə dediyimiz kimi, nəticə vacib deyil, əsas prosesdir.                  

Mətbəx ana və ya ata ilə iş birliyində xoş vaxt keçirmək, birlikdə istehsal etmək və söhbət etmək üçün əlverişli bir yerdir. Birlikdə vaxt keçirmək uşaq üçün kifayət qədər vacibdir. Əlbətdə ki, yalnız eyni mühitdə olmaqdan deyil, göz-gözə, çiyin-çiyinə birlikdə iş görmək nəzərdə tutulur. 

Uşaqla mətbəxdə iş görərkən bunları nəzərə alın:

  • Uşaqla mətbəxə girməmişdən öncə təhlükəli alətləri uşağın əldə edə bilməyəcəyi yerə qoyun; 

  • Nəyin yaxşı,nəyin pis olduğunu öz şəxsi təcrübəsindən keçirə bilməsi üçün uşağa şərait yaradın; 

  • Qısa cümlələrlə danışın və yeri düşdükcə əşyaların adını uşağa öyrədin; 

  • Uşağın bəyəndiyi yeməkləri birlikdə bişirin; 

  • İşinizi bitirdikdən sonra mətbəxi birlikd təmizləyin. 

 

Uşaqlar və internet

Bəzi insanlar müasir texnologiyaların uşaqlar üçün tam zərərli olduğuna əmindirlər. Digərləri az qala doğulan kimi uşaq üçün planşet almağa tələsir. Təəssüf ki, valideynlərin bu məsələ ilə bağlı fikirlərində bəzən yanlışlıqlar olur. Bu səbəbdən ən uyğun həll yolunu tapmaq üçün qorxudan qaynaqlanan yalan məlumatlardan uzaq olmaq, sağlam düşüncəni rəhbər tutmaq lazımdır. 

Hazırda uşaqların sosial, fiziki, emosional və zehni inkişafına təsir edən tamamilə yeni şərtlərdə yaşayırıq. Müasir dövrdə yeni texnologiyalar çox sürətlə yayılır və daim inkişaf edir. Uşaqlar planşetlərin, mobil telefonların, noutbukların ekranlarına gündə ən azı səkkiz saat və daha çox baxmaqla virtual aləmdə vaxt keçirirlər. Bu, uşaqların valideynlərlə və ya məktəbdə keçirdikləri vaxtdan daha çoxdur. Bilik əldə etmək, başqa mədəniyyətlərlə, yeni insanlarla tanış olmaq, öz yaradıcı imkanlarını və düşüncələrini ifadə etmək baxımından internet uşaqlar və gənclər üçün hədsiz imkanlar yaradır. Texnoloji inkişafda kəskin sıçrayış yeni tələblər irəli sürərək, müasir  peşələr ortaya çıxarır. Müasir dünyada işəgötürənlər inamlı internet istifadəçilərinə üstünlük verirlər. Bir sözlə, internet həyatımızın bir parçasına çevrilir. 

Dövrümüzün  reallığına uyğunlaşmaqla yanaşı, uşaqları internetin zərərli təsirindən də qorumaq lazımdır. Məhdudiyyətlər yalnız uşaqlar kiçik olduqda işləyir. Uşaq böyüdükcə müstəqillik ehtiyacı da artır. Mübahisələr bu anda başlayır və bu zaman valideynlər nəyin doğru olduğunu anlamaya bilərlər. Uşağınızın internetdən düzgün istifadə etməsinə kömək etmək, yəni uşağa müəyyən məhdudiyyətlər çərçivəsində müstəqillik vermək lazımdır. Nə sərt qadağalar, nə də əksinə internetlə əlaqəli nəzarətsizlik yaxşı bir nəticə verməyəcək.

Uşağın ünsiyyət vasitələrinə düzgün münasibətini formalaşdırmaq və ona internetlə düzgün davranmağı öyrətmək üçün universal bir resept yoxdur. Burada əsas valideynlərin öz seçimidir. Lakin bəzi qaydalara riayət etmək faydalı olar:  

  • Uşaq hələ doğulmamışdan əvvəl media mühitində  davranış qaydaları barədə düşünə bilərsiniz. Televizor üçün ən düzgün yeri seçməyi, nə zaman söndürməyi, uşağın yanında nəyi seyr edə biləcəyinizi və nəyi seyr edə bilməyəcəyinizi razılaşdırın. Eyni şey kompüter və digər mobil cihazlara da aiddir.

  • Valideyn uşağa onlayn necə davranmağı öyrətmək istəyirsə, özünün internetdəki davranışını diqqətlə izləməlidir. Təbii ki, atalar və anaların şəxsi nümunələrindən çox şey asılıdır. Monitor qarşısında nə qədər vaxt keçirdiyinizi diqqətdə saxlayın. İnternetdən nə üçün (iş, məlumat və ya əyləncə) istifadə etdiyiniz də vacibdir. Uşaqlar daim sizi izləyir və sizdən nümunə götürürlər.

  • Mobil cihazlardan  nə zaman istifadə edilmədiyi vaxtı təyin edin. Qadağanın müddətini ən yaxşısı ailə məclisində müzakirə edin. Əlbəttə ki, bu qərarı vermək asan deyil, çünki bir çoxumuzun, o cümlədən böyük uşaqların təhsil üçün bəzən smartfon və planşetə ehtiyacı olur. Ancaq elektron alətlərdən istifadəyə sərhəd qoyaraq ailə ilə keçirilən vaxtın böyük bir dəyər olduğunu göstərəcə bilərsiniz.

  • Övladlarınızın sizə məhəl qoymamağını istəmirsinizsə, heç bir səbəb olmadan internet mühitindəki seçimlərini tənqid etməməyə çalışın. "Yenə kimləsə söhbət edirsən! Bəlkə kifayətdir?", bu kimi ifadələr faydasızdır. Fərqli deməyə cəhd edin: “Facebook-dakı yazını görmüsən? Buna münasibətin necədir? ” Maraqlı və mübahisəli materialları müzakirə etməyə hazır olmağınız uşağınızın daha açıq olmasına kömək edəcəkdir. Uşaq üçün təhlükəsiz bir məkan təşkil edərkən ən vacib şey istifadə ilə bağlı bütün problemləri uşaqla açıq müzakirə etməkdir. 

  • Övladlarınızın yaşadıqları ilə yaşamağa çalışın. Birlikdə bir şeylər izləsəniz, uşaqlarınızın seçimlərində daha diqqətli olmasına nail ola bilərsiniz.

  • Proqramın və ya saytın təhlükəsizliyinə 100% əmin deyilsinizsə, bütün "tələləri” aydınlaşdırın.

  •  Uşaqla danışın, bütün "narahat" məqamları izah edin. Uşaqlar böyüdükdə, sosial şəbəkələrdə onlara qoşulun.

  • Real həyatda nə isə öyrənməyə kömək edə biləcək nümunələri axtarın.

  • Sosial şəbəkələrdə uşağınıza maraqlı ola bilən mövzular axtarın.












 

Kitab oxuma vərdişini aşılama üsulları

 

✓ Özünüz kitab oxumaqla, daima mütaliə etməklə övladınıza nümunə olun. Uşağınız sizin əlinizdə tez-tez kitab və ya qəzet görsün. Uşaq kitab oxumağa başlamazdan əvvəl sizin kitaba olan sevginizi görməlidir.

✓ Övladınızı kitablı mühitlərə aparın. Onunla birlikdə kitab dükanlarını gəzin, kitabxanalara gedin, müxtəlif kitabları vərəqləyib baxın. Onları kitabxanalara üzv olmağa həvəsləndirin.

✓ Uşaqlarınızın kitab oxuduğunu görəndə və ya eşidəndə bu hərəkətini alqışlayın.

✓ Evinizdə oxumağa aid xırda işlərdə belə, övladınızın köməyindən faydalanın. Məsələn: məktubların oxunması, alış-veriş siyahısının hazırlanması və oxunması və s.

✓ Kitab oxumaqla bağlı övladlarınızdan nə gözlədiyinizi onlara bildirin. Onların necə oxucu olmasını istəyirsinizsə, bu haqda arzunuzu onlarla bölüşün.

✓ Evdə səsli mütaliə vaxtları müəyyən edin.

✓ Evinizdə ailəvi oxu üçün bir guşə təşkil edin. Guşəni kitablar, dərgilər və yazı ləvazimatları, şəxsi kitab rəfləri qoymaqla daha maraqlı eləmək olar.

✓ Evdə zəngin bir kitabxana da düzəldə bilərsiniz. Kitabxana elə qurulmalıdır ki, bütün ailə üzvləri asanlıqla istifadə edə bilsin.

✓ Övladlarınıza uşaq dərgiləri hədiyyə edin. Bir uşaq dərgisinə aylıq abunə də ola bilərsiniz.

✓ Uşağınızı müşahidə edin, maraq göstərdiyi və istedadlı olduğu sahələri müəyyən etməyə çalışın. Övladınızın xüsusi istedadı və maraq sahəsi varsa, buna uyğun kitab, dərgi və s. alıb ona hədiyyə edə bilərsiniz.

✓ Övladınızın seçdiyi kitablara sayğı göstərin.

✓ Övladınızın kitab oxuma bacarığının inkişafını nazarətdə saxlayın. Vaxtaşırı ona səsli kitab oxutdurub dinləyin.

✓ Öz uşaqlıq illərinizdə dinlədiyiniz və ya oxu duğunuz dəyərli hekayə və nağılları onlara danışın.

✓Hər axşam evdə yeni oxuduğunuz faydalı bir məlumatı bölüşün ki, hamı öyrənmiş olsun.

✓Evdə televizora baxılmasına məhdudiyyət qoyun. Ancaq televizordan dərs oxumağın əvəzində mükafat kimi istifadə etməyin. TV-nin bir həftəlik faydalı verilişlərini müəyyənləşdirin və çalışın ki, "ekran vaxtında" həmin verilişlərə baxsın.

✓  Mütaliənin konkret məkanı olmur. Övladınızla, məsələn, təyyarədə bilet növbəsi gözləyərkən çantanızdan uşağınızın da marağını çəkən bir kitab çıxarın.

✓  Övladınızın yaşına uyğun mədəniyyat jurnalları alın və ona hədiyyə edin.

✓ Ailənizdə axşamlar, əsasən də, şam yeməyindən sonra oxu saatı qoyun. 1 saat ərzində bütün ailə üzvləriniz kitab oxusun. Ailəvi oxu saatının hər gün olması və ailə üzvlərinin ona əməl etməsi çox önəmlidir.

 

 

 

Yaşa uyğun kitablar

 

0-3 yaş: Oyuncaq kitablar və şəkilli kitablar. Bu vəsaitlər təbiəti canlandırır və həyatı uşaqlara əyani şəkildə tanıdır.

4-5 yaş: Real hekayələr və ya heyvanlar haqqında nağıllar bu yaşda olan uşaqların marağını çəkir.

6-7 yaş: Müəyyən fikir və ideya ehtiva edən, kiçik həcmli, iri şriftli şəkilli hekayələr və nağıllar. Təbiətdən, heyvanlardan və uşaqların həyatından bəhs edən hekayələr.

7-8 yaş: Xalq nağılları, xeyirin şər üzərində zəfərini təsvir edən kitablar.

8-9 yaş: Təbiət və insan həyatı, səyahət, macəra və sərgüzəşt mövzusunda hekayələr.

10-11 yaş: Macəra, səyahət, sərgüzəşt, maraqlı ixtira və kəşflər mövzusunda hekayə və kiçik həcmli romanlar.

11-12 yaş: Bu yaşda oğlanlar elmə və ixtiralara, qızlar isə məktəb və ailə həyatına dair əsərlərə maraq başlayırlar.

12-13 yaş: İdman, qeyri-adi və macəra məzmunlu hekayələr.

Uşağın emosional intellektini yüksəltməyin 10 addımı (7 yaş)

 

Hər bir insan uşaqlıqdan başlayaraq həyatı boyu müxtəlif çətinliklər və ağrılı vəziyyətlərlə qarşılaşmalı olur. Çətin anlarda yaxınlarınızdan dəstək istəmək təbiidir. Uşaq üçün kömək gözlədiyi ən yaxın insanlar valideynləridir. Ancaq başqasını dəstəkləmək asan iş deyil, incəlik, başqalarının hissləri ilə məşğul olmaq bacarığı tələb edir.

Bu yazıda “Mən Valideynəm” övladınıza travma vermədən dəstək göstərməyin yolları ilə bağlı psixoloqların bələdçi-tövsiyyəsini sizinlə paylaşacağam. O, sizə mütləq nəyin edilməməsi lazım olduğunu söyləyəcək.

1. Uşağın hiss və həyəcanlarının əhəmiyyətini dərk edin

Ola bilsin ki, sevimli ayı itkisi sizin üçün kiçik bir narahatlıq kimi görünür. Uşaq üçün bu, onun ən yaxşı dostu idi və onu sadəcə yenisi ilə əvəz etmək təklifi narazılıq və ya inciklik yaradacaq.

Uşağın probleminə “bu qorxulu deyil”, “xüsusi heç nə olmayıb”, “bu, ağlamağa səbəb deyil” sözləri ilə reaksiya verməməyə çalışın.

Uşaq baş verənlərin əhəmiyyətini inkar etmək, hisslərinin dəyərdən düşməsi kimi sözlər yaşayır. Uşağın tərəfindən baxsaq ona görə baş verənləri gözyaşı tökməklə yaşamağa dəyər.

2. Uşağınızın ağlamasına icazə verin

Sevilən bir insan ağlayanda və daha çox uşaq ağlayanda, buna dözmək bizim üçün çox vaxt çətindir. Və sonra ilk olaraq onun hisslərinin miqyasını azaltmağa çalışırıq. Ancaq bu, valideynlərin özləri üçün vəziyyəti asanlaşdırmağa xidmət edir.

Uşağın psixikası böyüklərin psixikası kimi itkilərin öhdəsindən gəlir - ilk mərhələdə o, kədərlənməlidir. Onu qucaqlayın və ağlamasına icazə verin. Göz yaşları tezliklə öz-özünə quruyacaq və uşaq itkilərdən və şikayətlərdən sağlam həyat təcrübəsi qazanacaq, gələcəkdə yaxınlarından dəstək istəyə və həyatın çətin anlarında sizə arxalana biləcək.

3. Uşağınızı dinləyin

Uşağınıza problemin həlli yollarını təklif etmək və ya vəziyyəti düzəltmək üçün vaxt ayırın. Əvvəlcə aktiv dinləmə texnikasından istifadə edərək danışmasına icazə verin: aydınlaşdırıcı suallar verin. Problemi düzgün başa düşdüyünüzü yoxlayın. Ən əsası, uşağınıza hisslərinin uyğun olduğunu və hisslərini ifadə etmək hüququna malik olduğunu bildirin. Məsələn, siz deyə bilərsiniz: “Mən görürəm ki, çox qəzəbli/kədərli/narahatsan və səni başa düşürəm. Başına gələnlərin olması həqiqətən də iyrənc/kədərli/qorxuludur”.

4. “Hər şey yaxşı olacaq” ifadəsindən çəkinin

Bu ifadə tez-tez digər insanı dəstəkləmək üçün deyilir. Ancaq bunu deməklə uşağa tuta bilməyəcəyiniz söz verirsiniz. Siz hər şeyin necə olacağını bilmirsiniz və bilə də bilməzsiniz – axı siz Kainatı idarə etmirsiniz. Siz bu ifadəni səsləndirməklə öhdəsindən gələ bilməyəcəyiniz məsuliyyəti öz üzərinizə götürürsünüz və gələcəkdə uşağa yalançı kimi görünmək riski ilə üzləşmiş olursunuz: axı, hər şeyin yoluna düşəcəyinə söz vermişdiniz. Bunun əvəzinə, vəziyyəti yaxşılaşdırmaq üçün əlinizdən gələni etmək niyyətinizi ifadə edə bilərsiniz.

5. Hisslərinizin fərqində olun və onların gücünü tənzimləyin

Çox vaxt valideynlər uşaqları ilə baş verənləri ürəklərinə yaxın qəbul edirlər. Bu olduqca başa düşüləndir - məsələn, körpəniz xəstədirsə, necə narahat olmamalısınız. Və məktəbdə müəllim oğlunu ələ salırsa, necə qəzəblənməmək olar?

Ancaq sizin reaksiyanız uşağın reaksiyasını üstələməməlidir. Dəstək axtararkən o, sizin müdafiənizi alacağına və sizə arxalanacağına ümid edir. Ona dəstək vermək üçün özünüz sabit və nisbətən sakit olmalısınız. Bu, xüsusilə uşaq xəstə olduqda doğrudur. Yatağının yanında hönkür-hönkür ağlayan ananın davranışından uşaq özünü ancaq günahkar hiss edəcək və onsuz da çətin olan vəziyyəti daha da ağırlaşdıracaq.

Əgər hisslərinizin qırmızı xətti keçdiyini hiss edirsinizsə, emosional stressi aradan qaldırmağın yollarını axtarın və sonra uşağınızla əlaqə saxlayın.

6. Uşağınıza hisslərini ifadə etməyə kömək edin.

Bir uşağın dəstək üçün sizə müraciət etdiyi vəziyyətlər, bir qayda olaraq, onun üçün güclü duyğularla əlaqələndirilir. Bu, ölən bir ev heyvanı üçün kədər, zorakılığa qəzəb, qorxu və ya utanc ola bilər.

Uşağınızın hisslərini ifadə etməsinə kömək etmək üçün xüsusi bir ritual yaradın. Əgər itkidən danışırıqsa, simvolik bir vida mərasimi keçirə bilərsiniz: bir kağız parçasına itirilmiş oyuncaq və ya ev heyvanı üçün bir mesaj yazın, onu bir balon ipinə bağlayın və göyə göndərin. Cinayətkarlara qarşı hisslər bir məktub və ya rəsm vasitəsilə ifadə edilə bilər, sonra yırtılır və ya yandırılır.

7. Baş verənləri şəxsən qəbul etməməyə çalışın

Uşağının məktəbdə problemi varsa, valideyn nə hiss edir? Məsələn, müəllimlə münaqişə olubsa və ya uşaq sinif yoldaşı ilə dava edib?

Elə olur ki, belə bir vəziyyətdə ən parlaq duyğular valideyni narahat vəziyyətə saldığı üçün uşağa utanc və qəzəbdir. Utanırıq, sanki özümüz dava etmişik, sinifdə ikilik və ya “uduzan” etiketi almışıq. Sonra reaksiyamız, ilk növbədə, uşağa deyil, özümüzə qulluq etməyə yönəldilmişdir. Baş verənlərin səbəblərini anlamadan onu cəzalandırırıq və ya bir daha belə hekayələrə girməmək üçün necə davranmaq barədə məsləhətlər veririk. Bu anda uşaqlıq təcrübələri pərdə arxasında qala bilər.

Özünüzə xatırladın ki, siz deyilsiniz, ancaq uşağınız narahat bir vəziyyətdədir və onu qəbul etmək və dəstəkləmək lazımdır. Valideynliyi sonraya təxirə salın və narahatlıqlar azaldıqdan sonra bu suala qayıdın.

8. Vəziyyətə müdaxilə dərəcəsini seçin

Uşağınızı qorumaq və onun üçün problemləri həll etmək üçün məktəbə və ya qonşu oğlanın valideynləri ilə ünsiyyət qurmağa tələsməyin. Onun üçün ətrafdakı dünyanın çağırışlarına cavab verməyi, özünü müdafiə etməyi və maraqlarını müdafiə etməyi öyrənmək vacibdir.

Əgər onun problemi həmyaşıdları səviyyəsindədirsə, bu, həyat və sağlamlıq üçün təhlükə yaratmır və o, hələ də bütün mümkün variantları sınamayıb - ona bunu özü üçün anlamaq şansı verin. Bu işə yaramırsa, psixoloqla əlaqə saxlamağa çalışın ki, uşaq onun köməyi ilə çətin vəziyyətlərdə özünü aparmağın yeni yollarını öyrənsin. Əgər onun, məsələn, müəllimlə problemləri varsa, valideynin müdaxiləsi məqsədəuyğundur və bəlkə də zəruridir, çünki bu vəziyyətdə münaqişə "böyüklər-uşaq" səviyyəsində baş verir və qüvvələrin uyğunlaşması bərabər deyil.

9. Uşağa necə kömək edə biləcəyinizi soruşun

Əgər uşağınızın sizdən hansı kömək istədiyinə əmin deyilsinizsə və o, artıq ehtiyaclarını dərk edəcək yaşdadırsa, ondan soruşun: “Mən sənə necə kömək edə bilərəm, məndən hansı yardımı istərdin?”. Bu məsləhət xüsusilə yeniyetmənin valideynisinizsə aktualdır. Valideynlər kömək olaraq necə və nə etməli olduqlarına dair məsləhətlər verdikdə çox vaxt kəskin reaksiya verirlər. Bu reaksiya metodunu seçməklə, cavab olaraq yalnız qıcıqlanmaya səbəb olmaq riski daşıyırsınız.

10. Vəziyyətdən çıxış yollarını birlikdə axtarın.

Bəzən uşağın problemi onun davranışını və ya başqaları ilə münasibətlərini dəyişdirməklə həll edilə bilər. Məsələn, çox utancaq olduğuna və ya öyrənmə çətinliyindən narahat olduğuna görə ələ salınarsa uşağa travmatik vəziyyətdən çıxış yollarını tapmaqda kömək edə bilərsiniz. Uşağın yaşından asılı olaraq, resursları tapmaq üçün faydalı nağıl və ya hekayədən istifadə edə bilərsiniz. Siz yeniyetmələrlə beyin fırtınası apara, yerləşdirmə variantlarını müəyyən edə və fəaliyyət planı tərtib edə bilərsiniz.

 

 

6-8 yaşlarında uşaq inkişafı

 

Oynamaq və öyrənmək

Uşağınızın oyunu indi mürəkkəbdir. Bu yaşda uşaqlar məktəbdə və ya mediada rastlaşdıqları məlumatları  tez -tez oynayırlar. Məsələn, uşaq özünü bir sualtı dalğıcına, bir rok ulduzuna və ya bəlkə də baş nazirə nahar edərkən tapa bilər!    Uşağınız davranışlarını və duyğularını daha yaxşı idarə edə bildiyi üçün, o, qaydaları ehtiva edən oyunların öhdəsindən daha yaxşı gəlir, həm də qalib gəlir, uduzur və ədalətli oynayır. Uşağınız həm də dost olmaqdan zövq alır. Dostluq uşaqlara aidiyyət hissi verir və paylaşma və danışıqlar kimi əsas sosial bacarıqları öyrənməyə və tətbiq etməyə kömək edir. Dostluq çətin ola bilər, çünki dostlar bəzən rəhbər və ya kaprizli ola bilərlər. Bəzən dostlar uşağınızı tərk edə bilərlər. Uşağınızın davranışlarının çoxu müsbət olacaq, ancaq şiddət əlamətlərinə diqqət yetirin. Uşağınız eyni cinsli uşaqlarla daha çox oynamağa başlaya bilər.

Hisslər                                                                                                                           

Uşaqlar, valideynləri və müəllimləri kimi, həyatlarında böyükləri xoşbəxt etmək istəyirlər. Beləliklə, "düzgün davranış"ın  uşağınız üçün çox əhəmiyyətli olduğunu görə bilərsiniz. Digər tərəfdən, bəzən uşağınız özünə inamlı görünə bilər. Uşağınız asanlıqla utanır və başqalarının fikir və inanclarına həssas olur. Əslində, ailəniz və dostlarınız narahat olduqda uşağınızın çox empatiyası olur. Ancaq bəzən uşağınız çox tənqidi ola bilər və yaxşı işlərinə diqqət yetirmək üçün köməyinizə ehtiyac duyar. Uşağınızın fəlakət xəbərlərindən və narahat edici xəbərlərdən daha çox xəbərdar olduğunu görə bilərsiniz. Bu artan məlumatlılıq bir az narahatlıq və qorxuya səbəb ola bilər, buna görə çətin mövzulardan danışmaq uşağınızın hər şeyi anlamasına kömək edə bilər.

 Fikirləşmək

Uşaqlar səbəb və nəticə arasındakı əlaqəni daha yaxşı başa düşürlər. Bəzən anlamaz görünsələr də, hərəkətlərinin digər insanlara necə təsir etdiyini görməyə başlayırlar. Yaddaş da yaxşılaşır və uşağınız obyektləri ölçüsü, forması və rənginə görə qruplaşdıra bilər. Uşağınız rəqəmləri yaxşı başa düşür və toplama və çıxma  kimi sadə riyazi problemləri həll edə bilir. Uşağınız dünyanı araşdırmağa davam edərkən bir çox suallara hazır olun. Bu yaşda çox şey olur, buna görə də uşağınızın diqqətini asanlıqla yayındırsa və sizdən kiçik istəkləri və istiqamətləri unudarsa təəccüblənməyin.

Danış və ünsiyyət qur

Uşaqlar düşüncələrini və hisslərini araşdırmaq üçün daha mürəkkəb istiqamətləri izləyə və dildən istifadə edə bilərlər. Səkkiz yaşlı uşaq hər gün təxminən 20 yeni söz öyrənir. Uşağınızın artıq daha uzun və daha mürəkkəb söhbətləri var və onların bütün söhbətlərini başa düşməyi bacarmalısınız. Uşağınız səkkiz yaşında fikir söyləməyi öyrənir və hekayələr danışarkən çox enerjiyə və duyğuya malikdir. Uşağınız sadə bir resepti izləyə bilər, gündəlik həyatı əsas götürərək hekayələr yaza bilər, e -poçt və ya ani mesaj yaza bilər və gecə yataqda müstəqil olaraq oxuya bilər.

Fəaliyyət

Bu yaşda uşaqlar fiziki məhdudiyyətlərini sınamaqdan və ziqzaq şəklində qaçmaqdan, pilləkənlərdən tullanmaqdan, təkərlərlə hərəkət etməkdən və kiçik topları tutmaq kimi daha mürəkkəb hərəkət bacarıqlarını inkişaf etdirməkdən zövq alırlar. Uşağınız topu tullanmaq üçün qaçmaq və ya ipi fırladarkən tullanmaq kimi ümumi motor bacarıqlarını birləşdirərək inkişaf edir. Bu fiziki bacarıqlar, uşağınızın bunları nə qədər tez -tez tətbiq etməsindən asılıdır. Rəqs dərsləri, tennis və futbol kimi quruluşlu idman növlərinin hamısı kömək edir, lakin qaçış, təpik vurma, at arabaları və daha çox imkanları çox vacibdir. İncə motor bacarıqları indi yaxşı inkişaf etmişdir, buna görə də uşağınız dişlərini fırçalaya və digər gündəlik gigiyena işlərini sizin köməyiniz olmadan edə bilər. Uşağınız müxtəlif formaları kəsə və məktəb kitablarının sətirlərinə kiçik hərflər yaza bilər.

Gündəlik həyat və davranış

Bu yaşda uşağınızın həyatı ailə, məktəb, dostlar və məktəbdən sonrakı fəaliyyətlərlə bağlıdır. Uşağınız kartları, kiçik heykəlciklər kimi əşyalar toplamaqdan zövq ala bilər.Uşağınız əxlaq və dəyərləri inkişaf etdirir və şeylərin doğru və ya yanlış olduğuna dair güclü fikirlər paylaşa bilər. Uşaqlar başqalarının nə etdiyini də başa düşəcəklər. Uşaqlar daha müstəqil olurlar və edə biləcəkləri və edə bilməyəcəkləri haqqında daha çox danışmaq istəyirlər. Bu müstəqilliyin bir hissəsi olaraq, ev ətrafında daha çox iş görməkdən zövq ala bilərlər - ən azı bəzən! Ancaq sizinlə vaxt keçirmək hələ də vacibdir.

Bu yaşda uşaqlar ola bilər:

  • Zarafat etməyi və bacarıq və davranışlarından danışmağı sevir - məsələn, 'Bir anda 10 hamburger yeyə bilərəm!'
  • Rəqəmləri və sözləri daha dəqiq yazar, amma yenə də bəzi hərfləri qarışdıra bilər - məsələn, b/d və p/g
  • Orfoqrafiya bacarıqlarından daha yaxşı oxumaq
  • Pulun dəyərini anlamağa başlayır və saymaqdan və qənaət etməkdən zövq alır
  • Görünüşü və geyim və ya saç düzümü meylləri ilə daha çox maraqlanır
  • Fantaziya ilə reallıq arasındakı fərqi söyləmək də daha yaxşı olar
  • Texnologiyadan istifadə etmək və ekran vaxtı keçirməklə maraqlanır
  • Anlayın ki, insanlar tez -tez qız və oğlanlardan cinsiyyətlərinə görə müəyyən davranışlar gözləyərlər.

6-8 yaşlarında uşağın  inkişafına kömək etmək üçün edə biləcəyiniz bəzi sadə bilgilər var. Güclü və müsbət keyfiyyətlərini tanıyaraq özünə hörmət və özünə inamı artırın. Bəzən uşaqların özünü tənqid etməsi və özünü başqaları ilə müqayisə etməsi səbəbindən ibtidai məktəb illərində özünə hörməti aşağı düşür. Uşağınızın  yeni şeylər sınadığınızı və səhv etdiyinizi görməsinə icazə verin. Bu, uşağınızın öyrənməyin və təkmilləşmənin səhv etmək olduğunu başa düşməsinə kömək edir, amma əsas şey heç vaxt təslim olmamaqdır. Ona araşdırma və öyrənmə imkanı verin. Evdə fincan, termometr, eynək və əşyaların saxlanması üçün qablar kimi şeyləri sınaqdan keçirə bilərlər. Bayırda yerli parkınızı və ya qoruqlarınızı birlikdə araşdıra bilərsiniz.

Pulsuz oyun üçün bir az vaxt ayırın. Bu yaşda oynamaq hələ də çox vacibdir. Uşağınıza pulsuz oyun vaxtını necə keçirmək istədiyini seçin. Uşağınız çölə çıxıb top atmaq, ip atlamaq və ya evdə qalmaq və rəsm çəkmək istəyə bilər.

Uşağınızla birlikdə oxuyun. Oxumaq savadlılığın inkişafı üçün hələ də çox vacibdir. Uşağınız oxumağı öyrəndikcə, uşağınızın sizə oxumasını təmin etməyə çalışın. Hekayələr danışmaq və ya öz kitabınızı hazırlamaq kimi savadlılıq fəaliyyətlərini də sınaya bilərsiniz. Uşağınızın davranışının nəticələrindən xəbərdar olmağa və hər şeyi başqalarının nöqteyi -nəzərindən görməyə təşviq edin. Bunu, 'Dostun bunu edərkən necə hiss edirsən?' kimi suallar verərək edə bilərsiniz.

Uşağınızla fikirlərinizi bölüşün və vacib məsələləri müzakirə edin. Bu, uşağınızla əlaqə qurmağınıza kömək edir və fikirləri ilə maraqlandığınızı göstərir. Uşağınız böyüdükcə, ailənin uyğun olduğu yerlərdə qərar verməsinə icazə verin.

Oğlan və qızlara bərabər davranmaq və qızlara və qadınlara hörmət etmək barədə uşağınızla danışın.

Bir uşağa baxmağa diqqət yetirərkən özünüzə baxmaq üçün vaxt ayırmağı unuda bilərsiniz. Ancaq özünüzə fiziki, əqli və emosional baxımdan baxmaq uşağınızın böyüməsinə və inkişafına kömək edəcək. Bəzən xəyal qırıqlığı, əsəbiləşmə və ya həddindən artıq yüklənmə hiss edə bilərsiniz. Sakitləşənə qədər bir az vaxt ayırmaq yaxşıdır. Çocuğunuzu təhlükəsiz bir yerə qoyun və ya başqasından uşağınıza bir müddət baxmasını istəyin. Dərindən nəfəs almaq üçün başqa bir otağa getməyə çalışın və ya ailə üzvlərinizə və ya dostlarınıza danışın.

Uşağı heç vaxt silkələməyin, vurmayın və ya təhqir etməyin. İstəməsəniz də uşağınıza zərər verə bilərsiniz.

 

Kömək istəmək yaxşıdır.

6-8 yaşlarında uşağın inkişafı ilə bağlı nə vaxt narahat olmaq lazımdır.

Uşağınızın 6-8 yaşlarında aşağıdakı problemlərdən hər hansı birinin yaşadığını görsəniz və ya narahatlığınız varsa, həkimə müraciət edin.

Uşağınızla fikirlərinizi bölüşün və vacib məsələləri müzakirə edin. Bu, uşağınızla əlaqə qurmağınıza kömək edir və fikirləri ilə maraqlandığınızı göstərir. Uşağınız böyüdükcə, ailənin uyğun olduğu yerlərdə qərar verməsinə icazə verin.

Bir valideyn olaraq həmişə öyrənirsən. Bildiklərinizə əmin olmaq yaxşı bir şeydir. Həm də bir şey bilmədiyinizi etiraf etmək, sual vermək və ya kömək almaq da normaldır.

 Uşağınızın 6-8 yaşlarında aşağıdakı problemlərdən hər hansı birinin yaşadığını görsəniz və ya narahatlığınız varsa, həkimə müraciət edin.

Uşağınız:

  • dostluq etməkdə çətinlik çəkir
  • uzun müddət sakit oturmaqda çətinlik çəkir
  • digər uşaqlara qarşı aqressivdir
  • məktəbə getməkdən qorxur və ya məktəbə getməkdən imtina edir.
  • müstəqil geyinmək və ya soyunmaq olmaz
  • gündüz islatma və ya çirklənmə hiss edir
  • hələ də səkkiz yaşında müntəzəm gecə islatmaları var.

Uşağınız hər yaşda bir zamanlar malik olduğu bacarıqların nəzərəçarpacaq və ardıcıl itkisini yaşayırsa, bir uşaq sağlamlığı mütəxəssisinə müraciət etməlisiniz.

 

Məktəbəqədər yaşlı uşağın biliklərinin yoxlanılması

 

Uşağınızın məktəbə getməyə hazır olduğunu müəyyən etməyə kömək edəcək sualların siyahısını sizə təqdim edirik.

Hamımız bilirik ki, uşaqların məktəbə getməzdən əvvəl sınaqdan keçirilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmayıb. Amma siz bu sorğulardan istifadə edərək uşağınızın məktəbə hazırlıq səviyyəsini yoxlaya bilərsiniz .

Nəzərə alın ki, uşağınızın suala tam cavab verməsi daha yaxşıdır. Niyə belə düşündüyünüzü ondan daha tez-tez soruşun. Uşağınızın müqayisə etməyi, ümumiləşdirməyi, müqayisə etməyi öyrənməsi vacibdir. O, sadəcə reallığı dərk etməməli, müəyyən nəticələr çıxarmalı, düşünməlidir.

Uşağınızla birlikdə daha çox oxuyun, uşaq ədəbiyyatından məlumatları - istər nağıl, istərsə də sadəcə şeir - uşaqlar daha asan və daha dərindən qavrayırlar.

Məktəbəqədər yaşlı uşağın biliklərinin yoxlanılması.

 

1. Adınız, ata adınız, soyadınız nədir?

Məsələn: Mənim adım ……….. ( Məs: Həmidova Xalidə Aydın qızıdır )

2. Neçə yaşın var? Doğum tarixiniz hansıdır?

Məsələn: mənim 6 yaşım var. 12 sentyabr 2006-cı ildə anadan olmuşam.

3. Valideynlərinizin və digər ailə üzvlərinizin adları nədir?

Məsələn: Atamın adı Aydın Musayevdir. Anamın adı SEvinc Musayeva. Bacımın (qardaşımın) adı Tural.

4. Valideynləriniz harada işləyir?

Məsələn: Atam restoranda işləyir. O, aşpazdır. Anam bir firmada işləyir. O, mühasibdir.

5. Qardaşın və ya bacın varmı? Onların neçə yaşı var? Onların adı nədir?

Məsələn: Mənim bir qardaşım var. Adı Turaldır. Onun 12 yaşı var.

6. Yaşadığınız ölkənin və paytaxtının adı nədir?

Məsələn: Mən Azərbaycanda yaşayıram. Bakı Azərbaycanın paytaxtıdır.

7. Ünvanınızı, yaşadığınız şəhəri (kəndinizi) göstərin. Telefon nömrəniz?

Məsələn: Mən şəhərdə yaşayıram ..., küçə ..., ev nömrəsi ..., mənzil nömrəsi ... Telefon nömrəm 00-00-00-dır.

8. Daha hansı ölkələri tanıyırsınız? Onların sakinləri haqqında nə bilirsiniz?

Məsələn: Mən …….ölkələri tanıyıram - İngiltərə. İngiltərədə Big Ben saatı var; Yaponiya. Yaponiyada düyü yeməyi sevirlər; Avstraliya. Kenqurular Avstraliyada yaşayır.

9. Beş-altı peşənin adını çəkin. İnsanlara necə fayda gətirirlər?

Məsələn: Mən aşpaz peşəsini bilirəm, o, ləzzətli yeməklər hazırlayır, kafedə, restoranda böyüklərə, uşaqlara yemək verir. Taksi sürücüsü insanları şəhərdə gəzdirir. Həkim xəstələri müalicə edir. İnşaatçı evlər tikir. Yanğınsöndürən yanğını söndürür. və s.

10. Hansı idman növlərini bilirsiniz?

Məsələn: Futbol, ​​xokkey, boks, basketbol, ​​üzgüçülük, tennis bilirəm.

11. İnsanlarda hansı keyfiyyətləri bəyənirsiniz?

Məsələn: İnsanın mehriban, rəğbətli, şən, cəsur və s. olması xoşuma gəlir.

12. Nə üçün öyrənmək lazımdır?

Məncə oxumağı, yazmağı, saymağı öyrənmək üçün oxumaq lazımdır. Yaxşı bilik əldə etmək üçün oxumaq lazımdır.

13. Yolu keçməyin düzgün yolu hansıdır?

 Yolu yalnız piyada keçidində və yaşıl işıqforda keçə bilərsiniz.

14. Ölkənizin hansı məşhurlarını tanıyırsınız?

15. Hansı milli xörəkləri bilirsiniz?

16. Öyrənməyi sevirsən?

Məsələn: Bəli, mən oxumağı xoşlayıram.

17. Məktəbə getmək istəyirsən? Niyə?

Məsələn: Bəli, mən məktəbə getmək istəyirəm, çünki yazmağı, oxumağı və saymağı öyrənmək istəyirəm. Mən də çox şey öyrənmək və yeni dostlar qazanmaq istəyirəm.

18. Hansı fəsilləri bilirsiniz?

Mən fəsillərin yay, payız, qış və yaz olduğunu bilirəm.

19. Hansı qış, yaz, yay və payız aylarını bilirsiniz?

Qış ayları dekabr, yanvar, fevraldır. Yaz ayları mart, aprel, may aylarıdır. Yay ayları iyun, iyul, avqustdur. Payız ayları sentyabr, oktyabr, noyabrdır.

20. Hər mövsümün xüsusiyyətləri hansılardır?

Məsələn: Payızda günlər qısalır və soyuqlaşır. Köçəri quşlar isti bölgələrə uçur, ağaclar isə yarpaqlarını tökür. Qışda qar yağır və bir çox heyvan qış yuxusuna gedir. Yazda təbiət qış yuxusundan sonra oyanmağa başlayır, bitkilərin böyüməsi və çiçəklənməsi dövrü başlayır. Yayda günlər günəşli və isti olur.Bir çox meyvə və giləmeyvə yetişir.

21. Həftənin günlərini ardıcıllıqla adlandırın.

 Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə, bazar.

22. Üç növ meyvə, tərəvəz, giləmeyvə adlandırın

Məsələn: Meyvə - alma, armud, şaftalı. Tərəvəzlər - xiyar, pomidor, badımcan. Giləmeyvə moruqdur. qarağat, çiyələk.

23. Bir neçə növ ağac adlandırın. Hansı növ iynəyarpaqları bilirsiniz? Onların xüsusiyyəti nədir?

Məsələn: Ağcaqayın, palıd, şam, qovaq bilirəm. İynəyarpaqlılar - şam, ladin, sidr. Yarpaqların əvəzinə iynəyarpaqların uzun, nazik iynələri var. İynəyarpaqlılar bütün il boyu yaşıl olur.

24. Bitkilərin hansı hissələrini bilirsiniz?

Bitki hissələri - gövdə, kök, yarpaq, çiçək, meyvə.

25. Ən azı üç nəfərin adını çəkin

 

Tapşırıq .

  1. İki eyni şəkil verin birində bir neçə dəyişiklik edin. İki şəkilin fərqini tapmasını söyləyin.
  2. Şəkil üzrə nağıl qursun.
  3. Heç vaxt görmədiyi bir şəkil göstərin. O şəkilə 1 dəqiqə baxsın. Sonra şəkili gizlədin və yadında qalanları təsvir etsin.
  4. Tanış olmayan hekayə danışın ancaq tamamlamayın , icazə verin uşaq özü hekayəni istədiyi formada tamamlasın.